"Qızıl top"un sahibi "Milan" yolunda

Xorvatiya millisinin lideri Luka Modriç Madrid "Real"ından ayrılmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, qitə mətbuatında bu haqda məlumat yayılıb. 

33 yaşlı futbolçunun "Milan" yolunda olduğu bildirilir. 

İtaliyalılar Modriçə 12 milyon avro maaş təklif ediblər. 

Qeyd edək ki, xorvat yarımmüdafiəçinin "Real"la müqaviləsi gələn ilin yayında bitir.