"Qranada" Abaskalı istefaya göndərdi
"Qranada" klubu baş məşqçi Qilerme Abaskal ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu bardə İspaniya klubunun rəsmi saytında məlumat verilib.
Bu mövsümün əvvəlindən Əndəlüs klubunda çalışan 35 yaşlı mütəxəssis komanda ilə keçirdiyi 6 oyunda 1 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət əldə edib. Klub İspaniya 2-ci liqasında 6 xalla 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, gənc mütəxəssis daha əvvəl "Spartak" Moskvada baş məşqçi vəzifəsini icra edib.