Qriqorçukun kubok sevinci

Belarus superkubokunun qalibi məlum olub.

Sportline.az xəbər verir ki, həlledici oyunda “Şaxtyor” (Soliqorsk) ilə BATE qarşılaşıb. Qol vurulmadığına görə oyun penaltilər seriyasına qədər uzanıb. 

Burada daha dəqiq olan “Şaxtyor” superkuboku qazanıb. Bu mövsüm tarixində 2-ci dəfə çempion olan Soliqorsk təmsilçisi ilk dəfə superkubokun sahibi olub.

Qeyd edək ki, "Şaxtyor"u "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.