Qurban Qurbanov İstanbul nəhəngini çalışdıra bilər

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İstanbulun “Beşiktaş” komandasını çalışdıra bilər.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "qara qartal"ın yeni baş məşqçi siyahısında yer alır.

Qurbanovla yanaşı, siyahıda Arda Turan, Nuri Şahin, İlhan Polat və Razvan Luçeskunun da adı var. 

Qeyd edək ki, “Beşiktaş” uğursuz mövsüm keçirən Sergen Yalçınla yollarını ayırıb.