Qurban Qurbanova uduzan baş məşqçi "Spartak"ın hədəfində
Baş məşqçi axtarışında olan “Spartak”da diqqətlər Portuqaliyaya yönəlib.
Sportline.az “A Bola”ya istinadla xəbər verir ki, “Braqa”nın prezidenti Antonio Salvador komandanın baş məşqçisi Artur Jorjeni 2023/2024 mövsümünün ikinci yarısından etibarən “Spartak"a göndərmək istəmir.
Daha əvvəl, Artur Jorjenin Moskva klubuna keçməsi üçün “Spartak”ın ‘Braqa”ya təzminat ödəməyə hazır olduğu barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Gilyerme Abaskalla vidalaşmağa hazırlaşan “Spartak”ın baş məşqçi postu üçün Stanislav Çerçesov, Vladimir İviç, və Valeri Karpinin də adı hallanır.