Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"
"Bu titul Azərbaycan xalqınındır".
Sportline.az xəbər verir ki, bunu "Karate Combat"da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev ABŞ təmsilçisi Reymond Denielsə qalib gəldiyi döyüşdən sonra deyib.
35 yaşlı idmançı kəməri qazanmaq üçün çox çalışdığını bildirib: "Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım və dünya çempionu oldum".
Ağayev Denielsin "Karate Combat"da üz-üzə gəldiyi ən güclü döyüşçü olduğunu söyləyib.
Qeyd edək ki, Rafael Ağayev karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.