Rayan Kent "Fənərbağça"dan ayrılır
"Fənərbağça"nın bu mövsüm "Qlasqov Rencers"dən transfer etdiyi ingiltərəli futbolçu komandadan ayrılır
Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, "sarı-lacivərtlər" 27 yaşlı hücumçunu istənilən performansı verə bilmədiyi üçün komandadan göndərmək qərarına gəliblər.
İngiltərə klubu "Lids Yunayted" futbolçu üçün 7 milyon avro təklif edib. "Fənərbağça"nın transferə razılıq verdiyi bildirilib.
Qeyd edək ki, Rayan Kent "Fənərbağça" forması ilə çıxdığı 15 oyunda 1 qol,1 asistlə yadda qalıb.