"Real" Fransaya itkilərlə yollanıb

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun daha 9 oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, son çempion “Real” səfərdə “Lill”i sınağa çəkəcək.

Kral klubunda əsas itkilər Tibo Kurtua, David Alaba, Dani Sebalyos və Brahim Diazdır.

“Lill”də isə, Nabil Bentaleb, Samuel Umtiti, İsmayili, Ethan Mbappe, Haraldsson və Mukaunu zədə səbəbindən meydanda olamayacaq.

Anxel Qomes isə “Sportinq”lə matçda aldığı qırmızı vərəqə səbəbindən oyunda iştirak etməyəcək.

Matçı italiyalı referi Maurizio Mariani idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.