"Real Madrid" 21 yaşlı sağ cinah müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" yayda yeni sağ cinah müdafiəçisi transfer etməyi planlaşdırır.

Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Brügge"nin futbolçusu Kiriani Sabbe Madrid klubunun transfer hədəfindədir.

21 yaşlı oyunçunun transfer qiyməti 6 milyon avrodur.

Qeyd edək ki, K.Sabbe cari mövsüm meydana çıxdığı 35 matçda 3 asistlə yadda qalıb.