“Real Madrid” 3 xalı 4 qolla qazandı
İspaniya çempionatının 6-cı turunda “Real” dogma meydanda “Espanyol”u sınağa çəkib.
Sporline.az xəbər verir ki, madridlilər geri düşmələrinə baxmayaraq, oyunda geri dönüş etməyi bacarıblar.
Görüş 4-1 hesabı ilə “Real Madrid”in xeyrinə nəticələnib.
Qolları Dani Karvaxal, Rodriqo, Vinisius, Kilian Mbappe vurub. Qonaqlar isə Kurtuanın avtoqolu ilə təsəlli tapıblar.
Qeyd edək ki, “Real Madrid”in La Liqadaki məğlubiyyətsizlik seriyası 38 matça yüksəlib.
Bu görüşlərin 28-də qələbə 10-da isə bərabərlik qeydə alınıb.