“Real Madrid” – “Dortmund”: Heyətlərdəki son durum

Bu gün Çempionlar liqasının liqa mərhələsinin 3-cü turuna start verilir.

Sportline.az xəbər verir ki, günün mərkəzi matçında “Real Madrid” öz meydanında “Borussiya Dortmund”la qarşılaşacaq. Heyətlərə nəzər saldıqda hər iki tərəfində ciddi itkilərinin olduğunu deyə bilərik. Meydan sahiblərində əsas itki Dani Karvaxal, David Alaba və Brahim Diazın adı ilə bağlıdır.

“Dortmund” isə Niklas Süle, Covani Reyna və Kərim Adeymi zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Matçı Ruminyalı hakim İstvan Kovaç idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.