"Real Madrid" futbolçusu ilə müqaviləni uzadır
İspaniya "Real Madrid"i futbolçusu Eder Militau ilə yeni müqavilə imzalayacaq.
Sportline.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tviter hesabında paylaşım edib.
O, tərəflər arasında ilkin razılığın əldə olunduğunu və braziliyalı müdafiəçinin sözləşməsinin 2028-ci ilin yayınadək uzadılacağını açıqlayıb.
Qeyd edək ki, 24 yaşlı arxa xətt oyunçusu ötən mövsüm "kral klubu"nda ümumilikdə 50 görüş keçirib. O, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.