"Real Madrid" gənc ulduzu ilə bağlı qərarını açıqlayıb

"Real Madrid" gənc ulduzu ilə bağlı qərarını açıqlayıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İspaniyanın "Kral" klubunun rəsmiləri Arda Gülərin gələcəyi ilə bağlı məlumat paylaşıblar. 

Açıqlamada :"Arda Gülər "Real Madrid"də qalacaq. Boş-boş şayiələr yaymayın. Heç bir komanda gənc ulduzu bizdən ala bilməz",-deyilib.

Qeyd edək ki, Arda Gülər 2023-cü ildə "Fənərbağça" klubundan 15 milyon avro qarşılığında transfer olunmuşdu.