"Real Madrid" gözü "Bavariya"nın ulduzuna düşüb
"Bavariya"nın almaniyalı futbolçusu Coşua Kimmix "Real Madrid"in əsas transfer hədəfinə çevrilib.
Sportline.az insayder Kristian Folkun məlumatına istinadən xəbər verir ki, "Real Madrid" Kimmixi transfer etmək üçün hərəkətə keçib.
29 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, "Real" Kimmixi azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Təcrübəli futbolçu bu mövsüm çıxış etdiyi 28 matçda 1 qol və 7 asistlə yadda qalıb.