"Real Madrid" Mbappeyə 15 gün vaxt verdi

Adı tez-tez "Real Madrid"lə hallan "PSJ"nin gənc ulduzu Kilian Mbappe bu dəfə rəsmi olaraq "Kral" klubuna keçə bilər.

Sportlin.eaz Goal.com-a istinadla xəbər verir ki, İspaniya klubu qış transfer pəncərəsində fransalaı ulduz futbolçunu heyətinə qatmaq üçün yenidən hərəkətə keçəcək. Kilian Mbappeyə düşünməsi üçün 15 gün vaxt verilib. 

Gənc futbolçu isə məsələ ilə bağlı heç bir açıqlama vermir. 

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "PSJ"  ilə 3 illik yeni müqavilə imzalamışdı.