"Real Madrid" yeni baş məşqçi ilə danışıqlar aparır
"Real Madrid"in Argentina millisinin baş məşqçisi Lionel Skaloni ilə danışıqlara başladığı bildirilib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İspaniyanın "kral" klubu Karlo Ançelottinin yerinə argentinalı mütəxəssisi gətirmək istəyir.
Buna səbəb Karlo Ançelottinin Braziliya millisi ilə danışıqlar aparması olub.
Qeyd edək ki, Lionel Skaloni Braziliya millisi ilə görüşdən öncə Lionel Messi ilə dalaşıb və seçmə komandadan ayrılmaq qərarına gəlib.