"Real Madrid" yeni formasını təqdim edib
"Real Madrid" yeni formasını təqdim edib və satışa çıxarıb.
Sportline.az xəbər verir ki, "kral" klubu Yamato Formasının təqdimat mərasimini keçirib. Yeni dizayınlı formanı Cud Bellingem geyinib.
Yeni forma mavi rənglə dizayn edilib və üzərində qızıl gül şəkli yerləşdirilib.
Qeyd edək ki, "Real Madrid"in keçmiş forması qara rəngli idi.

