“Real Madrid”dən uğurlu seriya

"Reak" klubu son 2 ildə göstərdiyi futbolla bir çox yeni rekord müəyyən edib.

Sportline.az "MadridZone" saytına istinadən xəbər verir ki, Kral klubu son 2 mövsümdə rəsmi oyunlarda keçirdiyi matçların 82%-də qələbə qazanıb.

"Real"ın uğurlu seriyasına nəzər yetirək:

 • La Liqada 37 oyunluq məğlubiyyətsizlik seriyası
 • "Santiaqo Bernabeu"da 36 oyun məğlubiyyətsiz
 • Bütün yarışlarda məğlubiyyətsiz 33 oyun 
 • Səfər oyunlarında məğlubiyyətsiz 24 oyun
 • UEFA Çempionlar Liqasında məğlubiyyətsiz 14 oyun