"Real Madrid”in Arda Gülər üçün transfer qərarı

“Real Madrid”də çıxış edən Turkiyəli oyunçu Arda Gülərlə bağlı İspanya mediasında diqqət çəkən bir xəbər ortaya atılıb.

Sportline.az xəbər verir ki,18 yaşlı oyunçunun bu  mövsümün sonuna qədər başqa bir komandaya icarəyə veriləcəyi bildirilir. 

Qeyd edək ki,2023-ün yayında “Fənərbaxça”dan “Real Madrid”ə 20+10 milyon avro qarşılığındatransfer olunan Arda bu mövsüm yalnız 1 qarşılaşmada meydana çıxıb.