"Real" müdafiəçi axtarışındadır
“Real Madrid” rəhbərliyi yeni mərkəz müdafiəçisi axtarışındadır.
Sportline.az AS qəzetinə istinadən xəbər verir ki, “Real Madrid” "Valensiya"nın 19 yaşlı müdafiəçisi Yarek Qasiorovski ilə maraqlanır.
İspaniya çempionu yayda müdafiəni güclənməyə ümid edirdi və əsas hədəfi Leni Yoro idi.
Lakin, Kral klubu Lilli”n tələblərini qəbul etmədiyindən, oyunçu “Mançester Yunayted”ə transfer olundu.
İndi isə, “Valensiya”nın Qasiorovski üçün 25 milyon avro tələb etdiyi bildilir.
Qeyd edək ki, Yarek Qasiorovski “Valensiya” yetirməsidir və ötən mövsümdən etibarən əsas komandada çıxış edir.