“Real”dan son təklif
“Real Madrid”in rəhbərliyi Alfonso Deyvis üçün sonuncu təklifini irəli sürüb.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu A.Deyvisinin meneceri ilə rəsmi olaraq danışıqlara başlayıb.
“Bavariya” 24 yaşlı futbolçunun klubdan ayrılmasını istəmir.
Lakin Deyvis “Real”a getsə, o zaman “Bavariya” Teo Hernandez üçün “Milan”a təklif göndərəcək.
“Milan” rəhbərliyi Teo üçün “Bavariya”dan 50 milyon avro tələb edib.
Qeyd edək ki, “Real Madrid” Alfonso Deyvisə 4 illik müqavilə təklif edib.
Kanadalı futbolçu qərarını yanvar ayında verəcək.