“Real”ın aparıcı futbolçusu zədələnib

“Real”ın əsas qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 5-ci turunda Yunanıstanda “Olimpiakos”la keçiriləcək səfər oyununu buraxacaq.

Sportline.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı belçikalı qapıçıda mədə-bağırsaq infeksiyası aşkarlanıb.

Gözlənilir ki, bu mövsüm “Real”ın heyətində hələ meydana çıxmamış ukraynalı qapıçı Andrey Lunin Kurtuanın yerini tutacaq.