"Real"ın üç futbolçusu klubdan ayrılacaq

"Real Madrid" yayda heyətdə köklü dəyişiklərə əl atacaq.

Sportline.az "COPE" nəşrinə istinadən xəbər verir ki, Rodriqo, Ferlan Mendi və Endrik komandadan göndəriləcək.

Adı çəkilən futbolçular baş məşqçi Xabi Alonsonun planlarına daxil deyil.

Qeyd edək ki, Rodriqonun dəyəri 80, Endrikin 35, Mendinin isə 10 milyon avrodur.