Rəhman Hacıyev: "Buna görə, təəssüf edirəm"

“Çətin oyun oldu. Güclü rəqibə qalib gəldik”. SportLine.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun futbolçusu Rəhman Hacıyev “Qarabağ”la görüşdən sonra deyib.

Oyunda vurulan yeganə qolun müəllifi cari mövsümdə itirilən xallara görə təəssüfləndiyini dilə gətirib: “Uzun fasilədən sonra doğma meydanda “Qarabağı” udduğumuza görə sevinirəm. Ötən tur da Lənkərandan qələbə ilə dönmüşdük. Amma, təəssüf ki, cari mövsümdə çox xal itirmişik. Buna görə, təəssf edirəm. Ümid edirəm, növbəti oyunlarda itirdiyimiz xalları bərpa edəcəyik”.

Banner