Rəşad Sadıqov: "Bu qədər də haqsızlıq olmaz"

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov AVRO-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyunundakı (1:0) hakim səhvinə münasibət bildirib.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu baş verənləri haqsızlıq adlandırıb. Şəxsi "İnstaqram" səhifəsinin "Hekayə" bölməsində Bəhlul Mustafazadənin vurduğu qol epizodunu paylaşan təcrübəli futbolçu fotonun üzərində bu sözləri yazıb: "Daha bu qədər də haqsızlıq olmaz".

Matçın 90+3-cü dəqiqəsində Bəhlul topu qarnı ilə qapıdan keçirsə də, görüşün baş hakimi Dennis Hiqler müdafiəçimizin əllə oynadığını iddia edərək, qolu hesaba almayıb.