Rio-2016: Abdulqadir Abdullayev rəqibini nokaut etdi
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edib. SportLine.az xəbər verir ki, bu növdəki daha bir medal ümidimiz - Abdulqadir Abdullayev rinqə çıxıb.
91 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ilk döyüşünü 1/8 final mərhələsi çərçivəsində keçirib. Burada onun rəqibi Fransa təmsilçisi Pol Omba Bionqolo olub. Rəqibinə ilk iki raundda şans verməyən Abdullayev daha sonra fransız idmançının zədələnməsi səbəbindən texniki nakautla qələbə qazanıb.
Qeyd edək ki, komandamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. 49 kq çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırsa da, 81 kq-da çıxış edən Teymur Məmmədov Olimpiadaya qələbə ilə start verib.