Rio-2016: Dmitri Salei "gümüş" qazandı

Rio-2016 Yay Paralimpiya Oyunlarında üzgüçülük növündə mübarizə davam edib. SportLine.az xəbər verir ki, kişilərin 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarında Azərbaycan Dmitri Salei ilə təmsil olunub. 

Ümumi nəticədə 2-ci olan idmançımız Paralimpiya komandamızın aktivinə daha bir gümüş medal yazdırıb. 

Qeyd edək ki, hazırda komandamızın hesabında 8 medal (1 qızıl, 5 gümüş, 2 bürünc) var.