Rio-2016: Boksçumuz mübarizəni erkən dayandırdı

Rio-2016 Yay Olimpiya Oyunlarında bu gün boks seçməmiz mübarizəyə qoşulub. SportLine.az xəbər verir ki, ilk gündə bir idmançımız rinqə çıxıb. Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında çempion olan Rüfət Hüseynov 49 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyub.

İlk görüşünü Namibiya idmançısı Matias Hamunyelaya qarşı keçirən Hüseynov mübarizəni məğlub bitirib.

Qeyd edək ki, seçməmiz Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.