Rio-2016: Paralimpiadada 6-cı medal

Rio-2016 Yay Paralimpiya Oyunlarında mübarizə davam edir. SportLine.az xəbər verir ki, Azərbaycan Paralimpiya komandası aktivinə daha bir medal yazdırıb.

Qadınların 200 metr məsafəyə qaçış yarışlarında ölkəmizi təmsil edən Yelena Çebanu finişə 3-cü çatmaqla bürünc mükafata sahib çıxıb. 

Qeyd edək ki, bu, Azərbaycanın 6-cı medalıdır (1 qızıl, 3 gümüş, 2 bürünc).

Xatırladaq ki, Yelena Çebanu 100 metr məsafəyə qaçış yarışlarında gümüş mükafat qazanıb.