Rio-2016: Raman Salei medal qazana bilmədi

Rio-2016 Yay Paralimpiya Oyunlarında üzgüçülük yarışları davam edir.

SportLine.az xəbər verir ki, kişilərin 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında Azərbaycanı Raman Salei təmsil edib. Ümumi nəticədə 4-cü olan idmançımız finala yüksəlib.

Həlledici mərhələdə mübarizəni 7-ci bitirən üzgüçümüz mükafatçılar sırasına düşə bilməyib.