Rio-2016: Rioda 10-cu medal

Rio-2016 Yay Paralimpiya Oyunlarında mübarizə sona yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, idmançılarımız bu gün daha bir medal qazanıblar. 

50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında Dmitri Salei 24.29 saniyə nəticə ilə ikinci olub və gümüş medala sahib çıxıb.

Qeyd edək ki, bu, Paralimpiya komandamızın 10-cu medalıdır (1 qızıl, 7 gümüş, 2 bürünc).