Rio-2016: Toğrul Əsgərov qızıl medalı əldən verdi

Rio-2016 Yay Olimpiya Oyunlarının sonuncu günündə güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, sərbəst növdəki daha bir təmsilçimiz Toğrul Əsgərov sonuncu gündə xalça üzərinə çıxıb.

65 kq çəki dərəcəsində yarışan pəhləvanımız mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun birinci rəqibi Ukrayna güləşçisi Andrey Kvyatkovski olub. İdmançımız təmiz qələbə ilə 1/4 finala adlayıb.

Növbəti mərhələdə güləşçimiz Frank Aniello Molinaro (ABŞ) ilə qarşılaşıb. Bu dəfə də eitmadı doğruldan güləşçimiz yarımfinala yüksəlib. 

Finalın bir addımlığında Toğrul Əsgərov İtaliya güləşçisi Frank Çamizo Markezlə üz-üzə gəlib. Gərgin mübarizənin sonunda sevinən güləşçimiz həlledici görüşdə iştirak hüququ qazanıb.

Qızıl medal uğrunda Toğrul Əsgərov Rusiya təmsilçisi Soslan Ramonovla qarşılaşıb. Təəssüf ki, güləşçimiz uğurun davamını gətirə bilmiyəb. Beləliklə, Toğrul Əsgərov Olimpiadanı gümüş medalla bitirib. 

Sərbəst güləş, 65 kq, 1/8 final

Toğrul Əsgərov (AZE) 12
Andrey Kvyatkovski (UKR) 2

Sərbəst güləş, 65 kq, 1/4 final

Toğrul Əsgərov (AZE) 10
Frank Aniello Molinaro (USA) 0

Sərbəst güləş, 65 kq, yarımfinal

Frank Çamizo Markez (ITA) 4
Toğrul Əsgərov (AZE) 7

Sərbəst güləş, 65 kq, FİNAL

Toğrul Əsgərov (AZE) 0
Soslan Ramonov (RUS) 11