Rio-2016: Xetaq Qazyumov da final uduzdu
Rio-2016 Yay Olimpiya Oyunlarının sonuncu günündə güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, sərbəst növdəki daha bir təmsilçimiz Xetaq Qazyumov sonuncu gündə xalça üzərinə çıxıb.
97 kq çəki dərəcəsində yarışan pəhləvanımız mübarizəyə təsnifat mərhələsindən start verib. Onun birinci rəqibi Polşa güləşçisi Radoslav Baran olub. Mübarizədən qalib ayrılan idmançımız 1/8 finala yüksəlib.
Növbəti görüşündə güləşçimiz Reza Yazdani (İran) ilə qarşılaşıb. Bu dəfə də ümidləri doğruldan pəhləvanımız 1/4 finala adlayıb.
Yarımfinala vəsiqə uğrunda təmsilçimiz Maqomed İbrahimovla (Özbəkistan) münasibətləri aydınlaşdırıb. Özbəkistanlı rəqibinə də heç bir şans verməyən Xetaq Qazyumov adını yarımfinala yazdırıb.
Finalın bir addımlığında güləşçimiz Ukrayna təmsilçisi Valeri Andritsevlə üz-üzə gəlib. Bu dəfə idmançımız təmiz qələbə qazanıb.
Həlledici görüşdə pəhləvanımız amerikalı Kayli Frederik Snayderlə qarşılaşıb. Təəssüf ki, uğurun davamını gətirə bilməyən idmançımız gümüş medalla kifayətlənib.
Sərbəst güləş, 97 kq, təsnifat mərhələsi
Radoslav Baran (POL) | 0 |
Xetaq Qazyumov (AZE) | 3 |
Sərbəst güləş, 97 kq, 1/8 final
Reza Yazdani (IRI) | 1 |
Xetaq Qazyumov (AZE) | 2 |
Sərbəst güləş, 97 kq, 1/4 final
Maqomed İbrahimov (UZB) | 3 |
Xetaq Qazyumov (AZE) | 10 |
Sərbəst güləş, 97 kq, yarımfinal
Valeri Andritsev (UKR) | 0 |
Xetaq Qazyumov (AZE) | 11 |
Sərbəst güləş, 97 kq, FİNAL
Kayli Frederik Snayder (USA) | 2 |
Xetaq Qazyumov (AZE) | 1 |