Rio Ferdinand Kriştianu Ronaldunun "Mançester Yunayted"ə transferi ilə bağlı şok açıqlama verib
"Mançester Yunayted"in keçmiş müdafiəçisi Rio Ferdinan Kriştianu Ronaldunun "Mançester Yunayted"ə transferindən danışıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, hazırda futbol mütəxəssisi olaraq çalışan Rio Ferdinand açıqlamsında :"Əslində Ser Aleks Ferquson 2003-cü ildə Ronaldinyonu transfer etmək istəmişdi, çünkü onun çox böyük fanatı idi. "Barselona" braziliyalını transfer etdikdən sonra təcrübəli mütəxəssis Ronaldunu transfer etmək qərarına gəldi. Çünkü portuqaliyalı Ser Aleksin diqqətini cəlb etməyi bacarmışdı",-deyib.
Qeyd edək ki, Rio Ferdinand daha sonra Kriştianu Ronaldunun dünyanın ən yaxşı futbolçusu olduğunu düşündüyünü açıqlayıb.