Rioya daha bir lisenziya
Azərbaycan Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. SportLine.az xəbər verir ki, boksçumuz Teymur Məmmədov bu uğura nail olub.
81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Bakıda keçirilən təsnifat yarışında yarımfinala yüksəlməklə lisenziyanı təmin edib.
Qeyd edək ki, bunadək Olqa Senyuk (kamandan oxatma), Rostislav Pevtsov (triatlon), Səbinə Mikina (qılıncoynatma, sablya), Olqa İsmayılova, Yelena Pavluxina, Maksim Averin (hər üçü velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko, Petro Paxnyuk (hər ikisi idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Mircəlal Həsənzadə (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) və Ruslan Lunyov (güllə atıcılığı) Olimpiadada iştirak hüququ qazanıb.