Robert Prosineçki heyəti açıqladı

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Norveç və Çexiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Robert Prosibeçki heyətə 23 futbolçunun adını daxil edib.

Xorvatiyalı mütəxəssis oktyabrın 8-də Bakıda Norveç, 3 gün sonra isə Ostrava şəhərində Çexiya ilə qarşılaşacaq millidə “Qarabağ”ın futbolçularına daha çox – 7 yer verib.  Yığmada “İnter” 5, “Neftçi” və “Qəbələ” hərəyə 2, “Zirə” isə 1 oyunçu ilə təmsil olunacaq. Premyer Liqa klublarından üçü – “Sumqayıt”, “Kəpəz” və AZAL isə milliyə futbolçu verməyib:

Qapıçılar: Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”);

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Qəbələ”);

Yarımmüdafiəçilər: Ruslan Abışov (“İnter”), Rahid Əmirquliyev, Qara Qarayev (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya);

Hücumçular: Ağabala Ramazanov, Rauf Əliyev (hər ikisi “İnter”), Ruslan Qurbanov (“Qəbələ”), Namiq Ələsgərov (“Qarabağ”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə).