Rodri “Real Madrid”i istəyir – “Mançester Siti”nin yeni müqavilə təklifi gözləmədə qaldı

İspaniya millisinin və “Mançester Siti”nin aparıcı yarımmüdafiəçisi Rodri karyerasını “Real Madrid”də davam etdirməyə üstünlük verir.

Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, "şəhərlilər” təcrübəli futbolçuya yeni müqavilə təklif etsə də, Rodrinin əsas arzusu Madrid təmsilçisinə transfer olunmaqdır.

Lakin “Real Madrid” prezidenti Florentino Perezin hazırkı mərhələdə bu keçidə tam razılıq vermədiyi bildirilir.

Məhz bu səbəbdən tərəflər arasında mümkün transferlə bağlı danışıqlar hələlik dayandırılıb. Hazırda Rodrinin gələcəyi ilə bağlı yekun qərarın verilmədiyi qeyd olunur.

Banner