Rodridən iddialı açıqlama

“Mançester Siti” klubunun 28 yaşlı yarımmüdafiəçisi Rodri "Qızıl top" haqqında danışıb.

Sportline.az xəbər verir ki, ispaniyalı oyunçu jurnalistlərə veridiyi müsahibəsində iddialı açıqlama ilə gündəmə gəlib. 

“Ümid edirəm ki, "Qızıl top" mükafatını mən qazanacam. Əgər mən qazanmasam, bir ispaniyalı dostumun qazanmasını istəyərəm”, - deyə Rodri istəyini bildirib.

Qeyd edək ki, “Ballon Dor” mərasimi oktyabr ayının 28-i Fransanın paytaxtı Paris şəhərində təşkil olunacaq.