"Roma" qapısını möhkəmləndirib

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar” “Betis”in qapıçısı Pau Lopezin keçidini həll edib. İspan klubu ilə anlaşan paytaxt təmsilçisinin bu gün 24 yaşlı qolkiperlə müqavilə bağlayacağı bildirilir.

“Roma”nın ispaniyalı qapıçıya görə “Betis”ə 30 milyon avro təzminat ödəyəcəyi iddia olunur.