"Roma" 1 milyon avroya yarımmüdafiəçi ilə razılaşdı

"Roma" heyətinə yeni futbolçu cəlb edib.

Sportline.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Fiorentina"dan Cordan Veretunu icarəyə götürüb. 26 yaşlı yarımmüdafiəçi üçün "Roma"nın 1 milyon avro ödədiyi bildirilir. Sabah fransız futbolçu yeni klubunda tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Veretu 2017-ci ildən "Fiorentina"da çıxış edir.