“Roma”dan “Barselona”ya təklif var
"Barselona"nın futbolçusu Runi Bardci karyerasını İtaliyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, isveçli müdafiəçi "Roma"nın maraq dairəsinə düşüb.
Paytaxt təmsilçisinin gənc oyunçu üçün 1 mövsümlük icarə müqaviləsi təklif etdiyi bildirilir.
Bardcinin daha çox oyun təcrübəsi qazanması məqsədilə bu keçidin reallaşma ehtimalı yüksək qiymətləndirilir.