"Roma"nı "Boka Xuniors"a dəyişir

"Roma"nın sabiq kapitanı Daniele De Rossi karyerasını Argentinada davam etdirə bilər. 

Sportline.az xəbər verir ki, 35 yaşlı futbolçu, "Boka Xuniors"la danışıq aparır.

Tərəflər arasında bu həftə müqavilə imzalanacağı bildirilir.

De Rossi 2020-ci ilin martına qədər nəzərdə tutulan anlaşmaya əsasən, 500 min avro qazanacaq.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi, ötən mövsümün sonunda "Roma"nın yeni müqavilə təklif etməməsi səbəbindən komandadan ayrılıb.