"Roma"nın üzvü Braziliya klubunda

İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Jerson karyerasını Braziliyanın "Flamenqo" klubunda davam etdirəcək.

Sportline.az xəbər verir ki, Braziliya təmsilçisi 22 yaşlı futbolçunun transferi üçün 11,8 milyon avro təzminat ödəyib. Klub saytının məlumatına görə, braziliyalı oyunçuyla 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Jerson 2016-cı ildə "Fluminense"dən "Roma"ya 15 milyon avroya keçmişdi.