Romelu Lukaku "İnter"də

İtaliyanın "İnter" klubu "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transferini yekunlaşdırıb.

Sportline.az xəbər verir ki, bu keçid üçün Milan təmsilçisi 65+10 milyon avro ödəyəcək. 

26 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Belçika yığmasının üzvü illik 7,5 milyon avro maaş alacaq.

Futbolçu hazırda Milandadır və tibbi müayinədən keçdikdən sonra transfer rəsmiləşəcək.

Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan 84,7 milyon avroya transfer edilmişdi.