Ronaldo və Levandovski eyni rekorda şərikdilər

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski 3 fərqli klubla Çempionlar Liqasında 10+ qol vuran 2-ci futbolçu olub.

Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, Levandovski bu uğura “Bavariya” ilə matçda nail olub.

Bu uğuru daha öncə “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” kimi klublarda çıxış etmiş ulduz futbolçu Kriştiano Ronaldo həyata keçirmişdi.

Qeyd edək ki, Levandovski Çempionlar Liqasında “Dortmund” formasıyla 17, “Bavariya”da 69, “Barselona”da isə 11 qol vurmağı bacarıb.