"Ronaldonun transferi klubumuz üçün parlaq addımdır"
“Əl-Nəsr”in icraçı direktoru Marselo Salazar hücumçu Kriştiano Ronaldonun kluba transferinə münasibət bildirib.
Sportline.az xəbər verir ki, bu barədə Filip Kesslerə danışan funksioner bu addımı yüksək qiymətləndirib.
“Ronaldonun transferi, şübhəsiz ki, böyük şok oldu. Bu, klubumuz üçün çox iddialı və parlaq addım idi. Bu, komanda işi idi. Kriştiano kimi böyük ulduzu razı salmaq üçün ona yaxşı layihə təqdim etmək lazımdır" - jurnalist Filip Kessler Salazarın sözlərini sitat gətirib.
38 yaşlı portuqaliyalı bu ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir. O, Səudiyyə Ərəbistanı klubunda 30 oyun keçirib, 25 qol vurub və 8 məhsuldar ötürmə edib.