Ronaldu "Yuventus"un məşqində

"Yuventus”un forvardı Kriştianu Ronaldu komandanın yeni məşqində iştirak edib.

Sportline.az xəbər verir ki, portuqaliyalı futbolçu, məşqlə bağlı fotonu və fikrini sosial şəbəkədə paylaşıb.

"Həmişə müsbət düşünün!" - hücumçu şəklə rəy olaraq bunu yazıb.

Qeyd edək ki, Ronaldu koronavirus pandemiyasına görə dayandırılmış mövsümdə Turin komandasında 32 matç keçirib. Hücumçu oyunlarda 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

A Seriyası iyunun 13-ü və ya 20-də yenilənə bilər.