Ronaldudan təəccübləndirici fakt

"Yuventus"da bütün futbolçular fiziki testdən keçiblər.

Sportline.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubunda testin nəticələrinə əsasən, Kriştianu Ronaldunun göstəriciləri məşqçi heyətini təəccübləndirib. 35 yaşlı hücumçunun bütün fiziki göstəriciləri karatindən öncə edilən son testdən və mart ayından daha yaxşı vəziyyətdədir.

Qeyd edək ki, Ronaldu "Yuventus"da məşqlərə başlamazdan əvvəl karantin müddətində Madeyrada qalmış və hazırlıqlarına orada davam etmişdi.