Ronalduya hücum olunub

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Bosniya və Herseqovina seçməsi ilə oyunda (0-5) təhlükəli anlar yaşayıb.

Sportline.az xəbər verir ki, "Əl-Nəsr"in hücumçusu ilə çəkil çəkdirmək istəyən azarkeşlər oyun zamanı onun üstünə qaçıblar.

Hadisə fasiləyə yaxın, Ronaldu künc bayrağının yanında olarkən baş verib.

Ulduz futbolçunun fanatı əlində telefon meydana daxil olaraq ona yaxınlaşıb.

Vaxtında müdaxilə edən təhlükəsizlik əməkdaşları azarkeşi meydandan uzaqlaşdırıblar.