Roys "Barsa"da oynamaqdan niyə imtina edib?

Dortmund "Borussiya"sının ulduzu Marko Roys ötən yay "Barselona"dan gələn təklifi rədd etmə səbəbini açıqlayıb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, futbolçu güclü oyunçularla rəqabətdən çəkindiyi üçün bu addımı atıb. ""Barsa"nın heyətində Messi, Suarez və Neymar kimi oyunçular var. Onlarla rəqabətdə heyətə düşmək asan deyil. Ehtiyat oyunçular skamyasında oturmaqdansa, Dortmundda qalmağa üstünlük verdim", - deyən Roys, "Hazırda da kataloniyalıların mənim oyunuma xüsusi diqqət yetirdiyini bilirəm. Bu, məni sevindirir. Gələcəkdə növbəti təklifə fərqli cavab verə bilərəm", - deyə bildirib.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2012-ci ildən "Borussiya"nın şərəfini qoruyur.